Gürcüstanın müdafiə naziri azərbaycanlı həmkarı ilə görüşüb

11:12, 23.12.2021

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycan Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyinin məlumatına görə, nazir Bakıda azərbaycanlı həmkarı, general-polkovnik Zakir Həsənovla görüşüb.

“Gürcüstanın müdafiə naziri general-polkovnik Zakir Həsənova ölkəmizin suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə təşəkkür edib.

Görüşdə nazirlər regional və dünya təhlükəsizlik məsələlərini nəzərdən keçirib, təhdid və çağırışlardan danışıblar. Tərəflər ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və gücləndirilməsinin zəruriliyini vurğulayıblar. Xüsusilə, ikitərəfli müzakirələr zamanı Azərbaycan hərbçilərinin çoxmillətli hərbi təlimlərdə iştirakı, eləcə də hərbi təhsil sahəsində əməkdaşlığa xüsusi yer ayrılıb.

Bildirilib ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli birgə təlimlər, ekspertlər səviyyəsində keçirilən görüşlər ölkəmizin hərbçilərini daha da yaxınlaşdırır, qarşılıqlı uyğunluğu gücləndirir. Daha sonra Cuanşer Burçuladze və general-polkovnik Zakir Həsənov 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planını imzalayıblar”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.

Oxşar