Gürcüstanın müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti ilə görüşüb

11:16, 22.12.2021

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycan Respublikasında rəsmi səfərdədir. Müdafiə naziri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. O, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə verdiyi güclü dəstəyə görə dost ölkənin prezidentinə təşəkkür edib.

Cuanşer Burçuladze inkişaf etmiş və sabit Azərbaycanın regionun təhlükəsizliyi üçün həlledici əhəmiyyət kəsb etdiyini qeyd edib və bu kontekstdə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin Cənubi Qafqaz Sülh Qonşuluğu təşəbbüsündən danışıb.

Görüşdə müdafiə sahəsində əməkdaşlığın ikitərəfli və üçtərəfli formatları müzakirə olunub. Müdafiə naziri Azərbaycan Respublikası ilə müdafiə sahəsində əlaqələrin müsbət dinamikasına diqqət çəkib, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığının unikal formatını uğurlu adlandırıb.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.

Oxşar