Gürcüstanın Milli Turizm Administrasiyası Nyu-York turizm sərgisində iştirak edib
Gürcüstanın Milli Turizm Administrasiyası Nyu-York turizm sərgisində iştirak edib

 
Gürcüstanın Milli Turizm Administrasiyası ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarında Nyu-York turizm sərgisində iştirak edib. Bu barədə Milli Turizm Administrasiyası məlumat yayır.

Qurumdan verilmiş məlumatda, New York Travel and Adventure Show-da Gürcüstanın Milli Turizm Administrasiyasının sərginin ən yaxşı yeni iştirakçısı seçildiyi deyilir.

“İki günlük sərgi çərçivəsində Gürcüstan stendində qonaqlar Gürcüstanın turizm məhsulları ilə tanış olmaq imkanı əldə ediblər. Sərgi çərçivəsində beynəlxalq şirkətlərin nümayəndələri ilə işgüzar görüşlər keçirilmiş, Gürcüstanın turizm potensialına dair təqdimatlar təşkil edilmişdir.

Nyu-York Beynəlxalq Turizm Sərgisində Milli Turizm Administrasiyası ilə birlikdə Acaranın Turizm və Kurortlar Departamenti, İmeretinin Təyinat Yerlərinin İdarəetmə Təşkilatı və ona yaxın şirkət təmsil olunmuşdu.

New York Travel and Adventure Show-da bu il 25 000-ə yaxın ziyarətçi, 400-ə yaxın beynəlxalq media nümayəndəsi iştirak edib”- Milli Turizm Administrasiyasının məlumatında qeyd olunur.