Gürcüstanın Milli Statistika Xidməti-“Avropa İttifaqının metodologiyası ilə hesablanan inflyasiya göstəricisi may ayında 5,4 faiz təşkil edib.”
Gürcüstanın Milli Statistika Xidməti 2022-ci ildən etibarən yeni göstərici – İstehlak Qiymətlərinin Harmonikləşdirilmiş İndeksi (HICP) üzrə məlumatların dərcinə başlayıb.
Bu barədə məlumatı Gürcüstanın Milli Statistika Xidməti yayıb.
Qurumun açıqlamasına görə, bu metodologiya əsasında hesablandıqda, 2026-cı ilin may ayında inflyasiya 5,4 faiz təşkil edib. Bu göstərici milli metodologiya ilə hesablanmış 5,7 faizlik inflyasiyadan 0,3 faiz bəndi aşağıdır.