Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası- Tbilisidə su təchizatı problemi aradan qaldırılana qədər elektrik enerjisi və təbii qazla bağlı planlı bərpa işləri dayandırılıb
Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyası- Tbilisidə su təchizatı problemi aradan qaldırılana qədər elektrik enerjisi və təbii qazla bağlı planlı bərpa işləri dayandırılıb

 
Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasının bəyanatına əsasən, Tbilisidə su təchizatı problemi aradan qaldırılana qədər elektrik enerjisi və təbii qazla bağlı planlı bərpa işləri dayandırılıb.

“Abonentlər kommunal şirkətlərdən təbii qaz və elektrik enerjisinin verilişinin planlı şəkildə kəsilməsinin dayandırılması ilə bağlı əlavə olaraq bildirişlər alacaqlar.

MMC “Georgian Water and Power” tərəfindən su təchizatı tam bərpa edildikdən sonra planlı işlər yenilənəcək.

Əlavə məlumat əldə etmək və ya problemi qeyd etmək üçün vətəndaşlar Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasına -16 216 nömrəsi ilə müraciət edə bilərlər”-deyə Gürcüstanın Milli Enerji və Su Təchizatını Tənzimləmə Komissiyasında bildirirlər.