Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasına təqdim ediləsi ərizələrin verilməsi və cavabların alınması bu gündən etibarən Ədliyyə Evində də mümkün olacaq
Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası və Ədliyyə Evinin birgə layihəsi çərçivəsində daha bir yenilik qüvvəyə mindi. Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasına təqdim ediləsi ərizələrin verilməsi və ərizə ilə bağlı cavabların alınması bu gündən etibarən Ədliyyə Evində də mümkün olacaq. Eyni zamanda, Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının ofisində ərizələrin verilməsi və onlara cavabların alınması imkanı da qüvvədə qalır.
Konkret olaraq, elektrik enerjisi, təbii qaz, içməli su və meliorasiya sektorunun istifadəçiləri xidmət şərtlərinin pozulmasına cavab verilməsi üçün Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasına müraciət edə, quruma təqdim ediləsi ərizələri/şikayətləri Ədliyyə Evinə verə və eyni zamanda Gürcüstanın Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının müraciətə göndərdiyi cavabı Ədliyyə Evində ala bilərlər.
Sözügedən xidmət pulsuzdur.