Gürcüstanın Milli Bankı valyuta hərracında 60 000 000 ABŞ dolları satıb, orta çəkili məzənnə 2,7580 səviyyəsində formalaşıb
Milli Bank valyuta hərracının nəticəsini dərc edir.
Gürcüstanın Milli Bankının verdiyi məlumatda, mayın 16-da keçirilən MB-nin valyuta hərracında 60 000 000 ABŞ dollarının satıldığı deyilir.
Orta çəkili məzənnə 2,7580 səviyyəsində formalaşıb.
Milli Bankdan verilmiş məlumata əsasən, bazara likvidliyin verilməsi ilə bağlı qərar Milli Bank tərəfindən son günlər valyuta bazarında inkişaf edən və birdəfəlik iri əməliyyatlarla müşayiət olunan ajiotajlı proseslərlə əlaqədar qəbul edilib. Nəticədə valyutaya həddən artıq tələb qeydə alınıb ki, bu da larinin məzənnəsinə əlavə təzyiq yaradıb.
Milli Bankda qeyd edirlər ki, valyuta bazarında müşahidə olunan dalğalanmalar qısamüddətlidir və fundamental makroiqtisadi amillərə görə baş vermir.