Gürcüstanın Milli Bankı valyuta hərracında 37 200 000 ABŞ dollarını satıb
2020-ci ilin, noyabrın 10-da keçirilən Gürcüstanın Milli Bankının valyuta hərracında, Milli Bank tərəfindən satışa çıxardılan 40 milyon dollardan hərracda 37 200 000 ABŞ dolları satıldı.
Milli Bankın məlumatına görə, ortalama kurs 3.3169 təşkil edirdi.
Milli Bank tərəfindən cari ildə bu 22-ci valyuta intervensiyasıdır.
Milli Bank 2020-ci ildə, valyuta rezervindən bugünki hərrac daxil olmaqla, cəmi 746 850 000 dollar satıb.