Gürcüstanın Milli Bankı istifadəçilərə yeni dələduzluq sxemi barədə xəbərdarlıq edir
Gürcüstanın Milli Bankı istifadəçilərə yeni dələduzluq sxemi barədə xəbərdarlıq edir.
MB-ın məlumatında qeyd edildiyi kimi, son vaxtlar xüsusi proqram təminatı/ tətbiqi (o cümlədən AnyDesk) vasitəsilə həyata keçirilən dələduzluq halları qeydə alınıb.
“Konkret olaraq, müxtəlif üsullar, reklam çarxları, sosial mühəndislik, pul yatırmaq qarşılığında yüksək gəlir gətirmək vədi və başqa üsullarla – istifadəçiləri onlara məxsus elektron cihazlarda, o cümlədən mobil telefon cihazına xüsusi proqram təminatı/tətbiqi yükləyərək quraşdırmağa təşviq edirlər, bu da dələduzlara sözügedən qurğu və ya digər tətbiqləri, o cümlədən Mobil Bank, SMS bildiriş və s.-ni uzaqdan idarəetməyə və ona təsir göstərməyə imkan verəcək.
Yuxarıda qeyd olunanları nəzərə almaqla dələduzların istifadəçinin adına kredit aktivləşdirməsi, əmanətlərin vaxtından əvvəl dayandırılması və o cümlədən virtual aktivlərin alınması üçün vəsaitin müxtəlif hesablara köçürülməsi kimi hallar qeydə alınıb.
Gürcüstanın Milli Bankı vətəndaşları internet/virtual məkanda yayılan təkliflərə, eləcə də fərdi, o cümlədən maliyyə məlumatlarını açıqlayarkən xüsusi diqqət göstərməyə və ehtiyatlı olmağa çağırır. İlk növbədə, təklifi yayan şirkətin etibarlılığı və fəaliyyəti haqqında məlumatı axtarın, şirkət bir baxıma etibarlı və tanışdırsa, şirkətlə təklifin həqiqiliyini yoxlayın.
Əlavə sualların olması halında Gürcüstanın Milli Bankının qaynar xətti (+995)0322406406 ilə əlaqə saxlamağınızı xahiş edirik”- Milli Bankın məlumatında qeyd olunur.