Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin sədri vəzifəsinə Soso Qiorqadze təyin edildi
Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin sədri vəzifəsinə Soso Qiorqadze təyin edildi

Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin sədri vəzifəsinə Soso Qiorqadze təyin edildi.

Yeni sədrlə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili görüş keçirdi.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, hökumət aparatında keçirilən görüşdə cari və planlaşdırılan layihələri müzakirə etdilər.

Soso Qiorqadze Gürcüstanın Mədəniyyət, İdman və Gənclər naziri, ondan əvvəl isə Ədliyyə nazirinin müavini idi. O, 2013-cü ildən Gürcüstan Ədliyyə Nazirliyi sistemində işləyir. Müxtəlif vaxtlarda Vətəndaşlıq və Miqrasiya Xidmətinə, Dövlət Xidmətlərinin İnkişafı Agentliyinə və Ədliyyə Evinə rəhbərlik edib.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, İrakli Ğaribaşvili Soso Qiorqadzeni Milli Əqli Mülkiyyət Mərkəzinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və ona uğurlar arzuladı.