Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzində MİŞ üçün uyğunlaşdırılmış mühit təşkil edilib
Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzində MİŞ üçün uyğunlaşdırılmış mühit təşkil edilib

 
MİŞ üçün uyğunlaşdırılmış mühitin yaradılması məqsədilə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin girişində hərəkət edən pandus quraşdırılıb.

Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzində qeyd olunduğu kimi, qurumda mövcud maneə aradan qaldırılmaqla, məhdud imkanlı şəxslərin təşkilatın xidmətlərinə, o cümlədən məlumatların çatdırılması və kommunikasiya vasitələrinə fiziki çıxışı sadələşdiriləcək.

“Bərabər şərait və inklüziv təminat bu həssas qrupun ictimai həyatda iştirakının limitsiz prosesini asanlaşdırır. Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin sosial model yanaşması məhdudlaşdırıcı maneələrin aradan qaldırılmasının müsbət və konstruktiv həll yollarına cavab verir və diqqəti insan və vətəndaş hüquqlarına yönəldir.

Bundan əlavə, Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzində qurulmuş hərəkət edən pandus, uyğunlaşdırılmış sanitar qovşaqlar, daxili lift, MİŞ üçün nəzərdə tutulmuş parkinq yeri məhdud imkanlı şəxslərin hüquqlarının irəli çəkilməsi və müdafiəsi istəyini, eləcə də onların əqli mülkiyyət sahəsində hərtərəfli iştirakının mümkünlüyünü vurğulayır.

Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin universal uyğunlaşdırılmış şərtləri “Məhdud imkanlı şəxslər üçün məkanın təşkili və memarlıq-planlaşdırma elementlərinin texniki reqlamenti”nin təsdiq edilməsi haqqında Gürcüstan hökumətinin 6 yanvar 2014-cü il tarixli 41 nömrəli qərarına tam uyğundur”-deyə Gürcüstanın Milli Əqli Mülkiyyət Mərkəzinin məlumatında qeyd olunub.