Gürcüstanın Məcburi Köçkünlər və Eko-Miqrantlar Agentliyi təbii fəlakətlər nəticəsində zərər çəkmiş daha 222 ailə üçün yaşayış evləri alacaq
Gürcüstanın Məcburi Köçkünlər və Eko-Miqrantlar Agentliyi təbii fəlakətlər nəticəsində zərər çəkmiş daha 222 ailəyə yaşayış evləri alacaq. Həmin ailələrin siyahısı artıq agentliyin veb-saytında dərc olunub.
Eko-miqrant ailələr Gürcüstanın istənilən regionunda evləri özləri seçəcəklər və bunun üçün onlara 6 aylıq müddət verilir.
Eko-miqrant ailələrin yerləşdirilməsi məsələlərini tənzimləyən komissiya hər bir ailənin mənzillə təmin olunmasını fərdi qaydada müzakirə edib.
Cari ildə də təbii fəlakətlər nəticəsində zərər çəkmiş ailələr üçün təhlükəsiz yaşayış şəraitinin yaradılması əsas prioritetlərdən biri olaraq qalır.
İndiyədək agentlik ölkə üzrə 200-dən çox eko-miqrant ailəni evlə təmin edib və bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyi bildirilir.
Məlumatı Gürcüstanın Məcburi Köçkünlər və Eko-Miqrantlar Agentliyi yayıb.