Gürcüstanın Macarıstandakı səfiri - Macarıstanın Gürcüstana açıq dəstəyi bir daha təsdiqləndi, bunun Avropa Şurasının qərarında öz əksini tapacağına ümid edirik
Gürcüstanın Macarıstandakı səfiri - Macarıstanın Gürcüstana açıq dəstəyi bir daha təsdiqləndi, bunun Avropa Şurasının qərarında öz əksini tapacağına ümid edirik

 
Gürcüstanın Macarıstandakı səfiri Tamar Liluaşvili Macarıstanın Avropaya inteqrasiya yolunda Gürcüstanı dəstəklədiyini bir daha təsdiqlədiyini bildirib.

Tamar Liluaşvili bu dəstəyin Avropa Şurasının gələn həftə elan etməli olduğu qərarda öz əksini tapacağına ümid edir.

“Macarıstanın Avropa İttifaqına üzvlük nöqteyi-nəzərdən Gürcüstana açıq dəstəyi bir daha təsdiqləndi. Bunun Avropa Şurasının qərarında öz əksini tapacağına ümid edirik. Münasibətlərin dərinləşdirilməsi məqsədilə Macarıstanla ikitərəfli əməkdaşlıq davam etdiriləcək”- deyə Tamar Liluaşvili açıqlayıb.