Reytinq şirkəti “Fitç” (Fitch) Gürcüstanın suveren kredit reytinqini BB minusdan BB-yə yüksəltdi.
Reytinq şirkətinin qiymətləndirməsinə görə, Gürcüstanın reytinqinin yüksəlməsini 2018-ci ildə qorunan stabil makroiqtisadi mühit şərtləndirdi.
Hesabatda deyilir ki, regionda mövcud olan şoklara baxmayaraq, ölkə iqtisadiyyatı yüksək templərlə artırdı, valyutanın dəyişən kursu stabilliyini qorudu və Milli Bank rezervlərini doldura bildi.
Həmçinin Gürcüstanda mövcud olan cəlb edici investisiya mühiti də ölkə reytinqinin yüksəlməsinə səbəb oldu.