Gürcüstanın Xarici Siyasət İdarəsi – Krımın anneksiyasını yenə birdaha sərt şəkildə qınayırıq
Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyası tərəfindən Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin müvəqqəti okupasiyasını və qeyri-qanuni anneksiyasını sərt şəkildə qınayır, – bu barədə bəyanatı Gürcüstanın Xarici İşlər Nazirliyi Krımın anneksiyasının dörd illiyi ilə bağlı verdi.
XİN-in bəyanatında qeyd olunur ki, Rusiyanın hərbi aqressiyası və sərhədlərinin güclə daraltması Gürcüstanın da başına gəlib.
Yaydığı bəyanatda Gürcüstanın Xarici İşlər Nazirliyi Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini birdaha təsdiqlədi.