Gürcüstanın Xarici İşlər Nazirliyi - Zaza Qaxeladzenin qeyri-qanuni həbs müddətinin uzadılması destruktiv planın göstərgəsidir
Gürcüstanın Xarici İşlər Naziriliyi işğal edilən Sxinvalidə Zaza Qaxeladzenin qeyri-qanuni həbs müddətinin 12 ildən artıq müddətlə uzadılması ilə bağlı bəyanat yayır.
“Gürcüstanın Xarici İşlər Nazirliyi Sxinvalidə rus işğalçı rejiminin provokasiyalı qərarına – qeyri-qanuni olaraq, həbs edilən Zaza Qaxeladzenin həbs müddətinin 12 ildən artıq uzadılmasına görə böyük narahatçılığını bildirir.
Qeyd olunan qərar Rusiya Federasiyası tərəfindən, destabilizasiya yaratmaq məsqsədi ilə, Gürcüstana qarşı həyata keçirilən destruktiv planın göstərgəsidir. Dialoq və danışıqların davam etməsi ilə bağlı bəyanatlar verən Rusiya eyni zamanda, destruktiv planına davam edir.
Gürcüstanın Xarici İşlər Nazirliyi Rusiya Federasiyasına müraciət edir ki, Gürcüstanın işğal edilən ərazilərində insan hüquqlarını pozmağı dayandırsın və Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə hörmət etsin və 2008-ci ilin avqust müharibəsindən sonra qoyulan atəşkəs razılaşmasının öhdəliklərini yerinə yetirsin.
Həmçinin, beynəlxalq həm-dostluğa müraciət edirik ki, Rusiyanın növbəti provokasiyasına gərəkən dəyərləndirmə verilsin və qeyri-qanuni olaraq, həbs edilən Zaza Qaxeladzenin azad edilməsi üçün gərəkən tədbirləri görsünlər” – deyilir bəyanatda.
İşğal altında olan Sxinvalinin qondarma məhkəməsi Zaza Qaxeladzeyə 12 il və altı ay müddəti ilə həbs cəzası verdi.