Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə danışıqlarının 43-cü raundu ilə bağlı bəyanat yayır
Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə danışıqlarının 43-cü raundu ilə bağlı bəyanat yayır

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, martın 27-28-də Cenevrə beynəlxalq danışıqlarının 43-cü raundu keçirildi, hansının çərçivəsində əsas müzakirə mövzusu Arçil Tatunaşvilinin qeyri-qanuni şəkildə öldürülməsi və Gürcüstanın işğal edilmiş ərazilərində təhlükəsizlik mexanizmlərinin yaradılması idi.

Xarici İşlər İdarəsi tərəfindən verilən bəyanatda deyilir ki, Gürcüstan nümayəndələri ABŞ həmsədrləri ilə bərabər Arçil Tatunaşvilinin işğal edilmiş ərazidə həbs edilməsini və öldürülməsini qınadılar.

Gürcüstan nümayəndələri baş verənlərlə bağlı, işğal altında nəzarət edən əsas qüvvə kimi, tam məsuliyyəti Rusiyanın üzrinə atdılar və Rusiyaya baş verən hadisənin istintaqına mane olmaması üçün müraciət etdilər.

Danışıqlar zamanı Gürcüstanın işğal edilmiş ərazilərində təhlükəsizlik və insan hüquqlarının qorunması baxımmından yaranan vəziyyət müzakirə olundu.

İdarənin məlumatına görə, xüsusi diqqət işğal altında olan ərazilərdə gürcülərin etnik diskriminasiyasına yetirildi, xüsusi ilə də Qali və Axalqori rayonlarında.

Danışıqların növbəti raundu 2018-ci ilin iyun ayında keçiriləcək.