Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə danışıqlarının 42-ci raundu ilə bağlı bəyanat yayır
Gürcüstanın Xarici İşlər Nazirliyi Cenevrə danışıqlarının 42-ci raundu ilə bağlı bəyanat yayır.
İdarənin bəyanatına görə, 2017-ci ilin dekabrın 12-13-də keçirilən Cenevrə beynəlxalq danışıqlar çərçivəsində əsas müzakirə mövzuları; gürcülərə qarşı törədilən etnik diskriminasiyanın ağır nəticələri, hərbi qüvvənin istifadə edilməməsi və beynəlxalq mexanizmlərin yaradılma məsələləri idi.
Nazirliyin bəyanatına görə, Gürcüstanın işğal edilmiş ərazilərində təhlükəsizlik, humanitar və insan hüquqları baxımından mövcud olan ağır vəziyyət detallı şəkildə müzakirə edildi.