Gürcüstanın Xarici İşlər Nazirliyi Avropa İttifaqı və Şengen dövlətlərinə getmək istəyənlərə xəbərdarlıq verir
Gürcüstanın Xarici İşlər Nazirliyi Avropa İttifaqı və Şengen dövlətlərinə getmək istəyənlərə xəbərdarlıq verir

Gürcüstanın Xarici İşlər Nazirliyi Avropa İttifaqı və Şengen dövlətlərinə getmək istəyənlərə xəbərdarlıq verir.

Nazirlik yolçulara, səyahətə çıxmadan əvvəl sərhədi keçmək üçün gərəkən bütün sənədləri qaydaya salmaları üçün müraciət edir.

Nazirliyin bəyanatına görə, Gürcüstanın Xarici ölkələrdəki səfirlikləri, Şengen dövlətlərinin sərhədini keçmək üçün gərəkən qaydalara müdaxilə etməsi üçün səlahiyyətləri yoxdur və sənədləri qaydada olmayan vətəndaşlar sərhəddən geri qaytarılacaqlar.

Vizasız səyahət üçün hansı sənədlər lazımdır? 

Son 10 il ərzində verilən Gürcüstan vətəndaşının biometrik pasportu, hansının Avropa İttifaqı öıkələrində minimum 3 ay qalma müddətinə qədər qüvvəsi var.

Səyahət məqsədinin təsdiqlənməsi üçün sərhəd xidmətinin nümayəndələri növbəti sənədləri təqdim edə bilərlər:

. Geri qayıtmaq üçün yolçu bileti;

. Mehmanxana bronu;

. Səyahət sığortası;

. Səyahətin maliyyə təminatının təsdiqi: əlinizdə olan nəğd pul, qüvvədə olan elektron kart, maliyyələşdirmə haqqında sənəd, qonaq getdiyiniz yerdən zəmanət məktubu.

Xahiş edirik, səyahətinizin məqsədini təsdiqləyən bütün gərəkən sənədləri yanınızda saxlayın!

Konfranslarda, tədbirlərdə, semnarlarda iştirak etdiyiniz halda, sənədlərlə bərabər iştirak edəcəyiniz tədbirin proqramını yanınızda götürün.

Qohumunuz və yaxud yaxınlarınızı ziyarət etmək üçün səyahət etdiyiniz halda, getdiyiniz evin, ev sahibinin əlaqə məlumatını və dəvət məktubunu təqdim edin.

Həmçinin, qonaq getdiyiniz ev sahibinin müvafiq ölkədə leqal şəkildə yaşadığını təsdiqləyən sənədləri təqdim edin.

Müalicə üçün səyahət etdiyiniz halda, müalicə etdiyiniz tibb müəssisəsinin ünvanını və həmin müəssisədə müalicə görməyiniz haqqında yerli tibb müəssisələrindən verilən rekomendasiyayı təqdim edin.

Səyahət ərzində sizi təmin edə biləcək tibbi sığorta sənədini təqdim edin.

Səyahətinizi və müalicənizi təmin edən maliyyə sənədlərini təqdim edin” – deyilir Nazirliyin bəyanatında.