Gürcüstanın xarici işlər naziri Yaponiyanın rəqəmsal transformasiya naziri ilə görüşüb
Yaponiyaya səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri Yaponiyanın rəqəmsal transformasiya naziri Taro Kano ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayır.
Nazirlikdən verilən məlumatda görüşdə İlia Darçiaşvilinin Taro Kanoya Gürcüstana verdiyi dəstəyə və xarici işlər naziri vəzifəsində Gürcüstana səfərinə görə təşəkkür etdiyi deyilir. Nazirlər rəqəmsal texnologiyalar, konkret olaraq elektron dövlət xidmətlərinin inkişafı sahəsində əməkdaşlıq imkanları, xüsusən də bu sahədə Gürcüstanın yaxşı təcrübəsinin bölüşdürülməsi nəzərə alınmaqla məlumat mübadiləsi aparıblar.
Bununla yanaşı, Xarici İşlər Nazirliyindən verilən məlumatda görüşdə Birləşmiş Millətlər Təşkilatının davamlı inkişaf məqsədlərinə uyğunluğu təmin edən idarəetmə sistemində islahatların müzakirə edildiyi deyilir. Onların arasında rəqəmsal idarəetmənin inkişafı istiqamətində Gürcüstanın atdığı addımlar qeyd olunub.
Görüş zamanı tərəflər həmçinin Gürcüstanın əlverişli investisiya və biznes mühitini, xüsusilə müxtəlif texnoloji startapların inkişafına artan marağı və hökumətin onlara dəstək siyasətini müzakirə ediblər.