Gürcüstanın xalq müdafiəçisi qanunsuz izləmə faktları ilə bağlı açıqlama yayır
Gürcüstanın xalq müdafiəçisi qanunsuz izləmə faktları ilə bağlı açıqlama yayır
” 2021-ci ilin avqustun 1-də Mtavari Arxi telekanalının direktoru, Nika Qvaramia kanalın efiri vasitəsi ilə dırnaq arası əməliyyat materiallarını yaydı. Onun sözlərinə görə, əməliyyat materialları Dövlət Təhlükəsizlik Xidməti tərəfindən siyasətçilərin, QHT -lərin, din xadimlərinin, jurnalistlərin, diplomatların, iş adamlarının və dövlət məmurlarının izlənməsini əks etdirir. Qeydlərə görə, qurum qeyri -qanuni şəkildə telefon dinləmələri həyata keçirir, müxtəlif şəxslərin cinsi oriyentasiyasına, şəxsi münasibətlərinə və cinsi tərəfdaşlarına dair nəzarət və izləmə aparır, həmçinin ictimai xadimlərin, QHT nümayəndələrinin və jurnalistlərin telefon zənglərini dinləyir.
Yayılmış qeydlərdəki məlumatları (konkret olaraq, zənglərin həyata keçirilməsi və onların məzmunu) bir neçə şəxs tərəfindən təsdiqlənib. Yayılmış məlumatlarda bir sıra ağır və xüsusilə ağır cinayət işarələrinin olmasını nəzərə alaraqdan, xalq müdafiəçisi istintaqa başlamağı və qanunsuz izləməyə görə məsuliyyət daşıyanları cəzalandırmağı zəruri hesab edir, lakin burdaca qeyd edir ki, təəssüf ki, bu cür cinayətlərlə bağlı aparılan istintaq səmərəsiz və əsasən nəticəsiz davam edir.
Xalq müdafiəçisi ictimaiyyətə xatırladır ki, 2016 -cı ildə Konstitusiya Məhkəməsi xalq müdafiəçisinin və müxtəlif vətəndaşların şikayətlərini təmin etdi və gizli dinləmə-izləməni tənzimləyən qanunvericiliyi konstitusiyaya zidd elan etdi. Lakin, 2017 -ci ilin martın 22-də Gürcüstan parlamenti tərəfindən qəbul edilən qanunvericilik dəyişiklikləri hələ də qərarda ifadə edilən standartlara cavab vermirdi, bu səbəbdən xalq müdafiəçisi yenidən Konstitusiya Məhkəməsinə müraciət etdi. Konstitusiya Məhkəməsi məsələnin müzakirəsini 2018-ci ildə başa vurdu, lakin qərar bu günədək verilməyib.
Mövcud qanunvericiliyə görə, gizli istintaq hərəkətləri üçün səlahiyyətli orqan Dövlət Təhlükəsizlik Xidmətinin tam institusional, maliyyə və təşkilati asılılığı altında olan Operativ-texniki Agentliyidir. Öz növbəsində, Dövlət Təhlükəsizlik Xidmətinin mümkün qədər çox məlumat toplamaqda peşəkar marağı var. Təəssüf ki, Operativ-texniki qurumun xarici parlament nəzarəti qeyri-effektivdir; Həmçinin, Dövlət Müfəttişliyi Xidmətinin səlahiyyətləri məhdudlaşdırılıb. Müvafiq olaraq, həm telefon, eləcə də elektron və internet məlumatların əldə edilməsi prosesi ilə əlaqədar yüksək risklər mövcuddur ki, bu da özbaşınalığa və cinayətlərin cəzasız şəkildə törədilməsinə imkan verir.
Xalq müdafiəçisi, Gürcüstan parlamentinə müraciət edərək, mövcud nəzarət mexanizmlərindən gizli izləmə sistemini yoxlamaq üçün istifadə etməyə çağırır. Konstitusiya Məhkəməsinin 2016 -cı ilin 14 aprel tarixli qərarına müvafiq olaraq qanunvericilik nəzarətini gücləndirmək və daha çox alət və mexanizm tətbiq etmək də həmçinin zəruridir.
Gizli səs və video-materialların, o cümlədən şəxsi həyatı əks etdirən materialların yayılmasının ağır praktikasını nəzərə alaraqdan, xalq müdafiəçisi ümid edir ki, Konstitusiya Məhkəməsi yaxın gələcəkdə bu risklərin mövcudluğunu və onlara dərhal hüquqi reaksiya verilməsinin zəruriliyini təsdiq edəcək qərarı verəcək” -deyə xalq müdafiəçisi bildirir.