Gürcüstanın İsraildəki səfiri - qaynar xətt fəaliyyətə başlayıb və Gürcüstan vətəndaşları istənilən vaxt səfirlikdən mühüm məlumatlar ala bilərlər
Gürcüstanın İsraildəki səfiri - qaynar xətt fəaliyyətə başlayıb və Gürcüstan vətəndaşları istənilən vaxt səfirlikdən mühüm məlumatlar ala bilərlər

Gürcüstanın İsraildəki səfiri Zaza Kandelaki İsraildəki Gürcüstan vətəndaşlarını mövcud tövsiyələri nəzərə almağa və təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

Onun sözlərinə görə, Gürcüstan vətəndaşlarının qaynar xətt vasitəsilə səfirlikdən onları maraqlandıran məlumatları almaq imkanı var.

“Səfirlik ölkədəki mövcud vəziyyətə uyğun fəaliyyət göstərir. Biz əlimizdən gələni edirik ki, vətəndaşlarımıza hazırda elan edilən təhlükəsizlik tədbirləri barədə aydınlıq gətirək. Qaynar xətt fəaliyyətə başlayıb və hər hansı bir Gürcüstan vətəndaşı istənilən vaxt səfirlikdən mühüm və maraqlı məlumat ala bilər. Biz bu gün İsraildə yaşayan bütün Gürcüstan vətəndaşlarını İsrail hakimiyyəti tərəfindən verilən bütün tövsiyələri nəzərə almağa və bu tövsiyələrə uyğun olaraq bütün zəruri təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırırıq”, – deyə Zaza Kandelaki bildirib.

Məlumat üçün bildirək ki, İsrail mediası İranın İsrail istiqamətində onlarla pilotsuz uçuş aparatı buraxdığını yazır. Daha sonra İranın İsrail istiqamətində ballistik raketlər buraxması ilə bağlı məlumat yayılıb.