Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi ilə bağlı müxtəlif ölkələrdə 100-dən artıq tədbir keçiriləcək
Gürcüstanın ilk Demokratik Respublikasının 100 illiyi ilə bağlı dünyanın müxtəlif ölkələrində 100-dən artıq tədbir keçiriləcək.
Bunların arasında mədəni tədbirlər, elmi konfranslar, mühazirələr və qəzet məqalələri var.
Xarici İşlər Naziri Mixeil Canelidzenin bəyan etdiyinə görə, Gürcüstanın diplomatik nümayəndələri tərəfidən bütün il ərzində, müxtəlif ölkələrdə tarixi sərgilər və digər tədbirlər həyata keçiriləcək.
Həmçinin, geniş miqyaslı konfrans Vaşinqtonda, Brüsseldə və Avropanın digər ölkələrində keçiriləcək.