Gürcüstanın İctimai Yayımçısının əməkdaşlarının Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə müraciəti
Gürcüstanın İctimai Yayımçısının əməkdaşlarının Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə müraciəti

 
Gürcüstanın İctimai Yayımçısının əməkdaşlarının Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə müraciəti:

Xatırlatmaq istərdik ki, Gürcüstan parlamentinin İctimai Yayımçının maliyyələşdirmə modelinin dəyişdirilməsi ilə bağlı birinci oxunuşda qəbul etdiyi qanun layihəsi İctimai Yayımçının statusunu tamamilə dəyişir və faktiki olaraq İctimai Yayımçını ləğv edir.

Oxşar maliyyələşdirmə qaydası Avropanın heç bir ictimai yayımçısının maliyyələşdirmə modelinə uyğun gəlmir və əksinə, ümumilikdə ictimai yayımçıların maliyyələşdirilməsinin əsas prinsipi ilə tamamilə ziddiyyət təşkil edir.

Avropa Yayım Birliyinin (EBU) Prezidenti Noel Kuran öz rəyində bu qanun layihəsinin Gürcüstanda ictimai yayımçı sisteminin məhvinə gətirib çıxaracağını qeyd edib və biz bu qiymətləndirmə ilə tam şəkildə razıyıq.

Cənab parlament sədri, İctimai Yayımçının bir qurum olaraq üzləşdiyi təhlükədən irəli gələrək, yayım şirkətinin əməkdaşları qanunun yekun qəbuluna qədər bizimlə görüşməyinizi və düşüncələrimizi dinləməyinizi xahiş edirik.