Gürcüstanın Hava Limanları İttifaqı Pasxa bayramı üçün daxili uçuşlar üzrə əlavə avia reyslər təyin edir
Gürcüstanın Hava Limanları İttifaqı Pasxa bayramı üçün daxili uçuşlar üzrə əlavə avia reyslər təyin edir

 
Əzəmətli Pasxa bayramı ilə əlaqədar Gürcüstanın Hava Limanları İttifaqı Mestia və Ambrolauri istiqamətində səkkiz əlavə avia reys təyin edir.

Gürcüstanın Hava Limanları İttifaqının məlumatına əsasən, 2-8 may dövründə yerli təyinatlı hava limanlarına əlavə reyslər aşağıdakı cədvəl üzrə yerinə yetiriləcək:

“2 may: Nataxtari – Ambrolauri reysinin uçuşu- saat 17:00, Ambrolauri – Nataxtari reysinin uçuşu- 18:15;

3 may: Nataxtari- Mestia reysinin uçuşu – 16:30, Mestia – Nataxtari reysinin uçuşu- 18:15;

6 may: Nataxtari – Ambrolauri reysinin uçuşu – 17:15, Ambrolauri – Nataxtari reysinin uçuşu- 18:15;

8 may: Nataxtari- Mestia reysinin uçuşu- 16:15, Mestia – Nataxtari reysinin uçuşu 18:15.

Xatırladaq ki, Nataxtari-Mestia istiqamətində uçuş 90 lari, Nataxtari-Ambrolauri istiqamətində isə 50 laridir. 0 yaşdan 3 yaşa qədər körpələr pulsuz, 3 yaşdan 12 yaşa qədər uşaqlara isə 30% endirim tətbiq edilir. Biletləri artıq internet saytından əldə etmək olar”- məlumatda qeyd olunub.