Gürcüstanın Hava Limanları İttifaqı Pasxa bayramı ilə əlaqədar daxili uçuş marşrutları üzrə əlavə reyslər təyin edir
Gürcüstanın Hava Limanları İttifaqı Pasxa bayramı ilə əlaqədar daxili uçuş marşrutları üzrə əlavə reyslər təyin edir

 

Gürcüstanın Hava Limanları İttifaqı Pasxa bayramı ilə əlaqədar Mestia, Batumi və Ambrolauri istiqamətində səkkiz əlavə reys təyin edir.

Hava Limanları İttifaqından verilən məlumata əsasən 13-22 aprel dövründə daxili uçuş marşrutları üzrə əlavə reyslər aşağıdakı cədvəl üzrə yerinə yetiriləcək:

13 aprel: Nataxtari – Ambrolauri reysi 14:30, Ambrolauri – Nataxtari reysi 14:30.

17 aprel: Nataxtari – Ambrolauri reysi 15:00, Ambrolauri – Nataxtari reysi 16:30.

14 aprel: Nataxtari– Mestia reysi 10:30, Mestia – Nataxtari reysi 12:10.

15 aprel: Nataxtari – Mestia reysi – 9:30, Mestia – Nataxtari reysi 11:30;

18 aprel: Nataxtari – Mestia reysi 13:00, Mestia – Nataxtari reysi 15:00;

22 aprel: Nataxtari – Mestia reysi 13:30, Mestia – Nataxtari reysi 15:00;

15 aprel: Nataxtari – Batumi reysi 13:30, Batumi – Nataxtari reysi 15:20;

22 aprel: Nataxtari – Batumi reysi 9:45, Batumi – Nataxtari reysi 11:45;

Xatırladaq ki, Nataxtari-Mestia istiqamətində uçuş 90 lari, Nataxtari-Ambrolauri istiqamətində isə 50 laridir. Üç yaşdan kiçik körpələr pulsuzdur, üç yaşdan 12 yaşa qədər uşaqlara isə 30% endirim tətbiq edilir.

Biletləri ticket.vanillasky.ge. saytından artıq əldə etmək olar.