Gürcüstanın Hava Limanları İttifaqı - Fevralda Kutaisi Beynəlxalq Hava Limanında sərnişin axını 56%-lə artıb
2024-cü ilin fevral ayında Kutaisinin Davit Ağmaşenebeli adına Beynəlxalq Hava Limanında sərnişin axını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 56%-lə artıb-bu haqda Gürcüstanın Hava Limanları İttifaqı məlumat yayır.
Verilmiş məlumatda qeyd edildiyi üzrə, fevral ayında Davit Ağmaşenebeli adına Hava Limanından 118 507 sərnişin (2023-cü ilin fevralında 75 760 sərnişin) istifadə edib.
“İlin əvvəlində sərnişin axını ilə yanaşı, Kutaisi Beynəlxalq Hava Limanında reyslərin sayında da artım müşahidə olunub. Fevralda hava limanında reyslər ötən ilin eyni dövrü ilə müqayisədə 37%-lə artıb və liman 350 reysə xidmət göstərib (2023-cü ilin fevral ayı – 256 reys).
2024-cü ilin cəmi iki ayı ərzində Kutaisi Beynəlxalq Hava Limanında sərnişin axını 68%-lə, reyslərin sayı isə 52%-lə artıb.
Bu mərhələdə Kutaisi Beynəlxalq Hava Limanında beş aviaşirkət fəaliyyət göstərir. 20 ölkənin 39 istiqaməti üzrə reyslər həyata keçirilir”- Gürcüstanın Hava Limanları İttifaqının yaydığı məlumatda qeyd edilir.