Gürcüstanın qış kurortlarında bu il vizitorların sayı rekord dərəcəsinə çıxacaq
Gürcüstanın qış kurortlarında bu il vizitorların sayı rekord dərəcəsinə çıxacaq

“Dağ kurortlarının inkişaf şirkətinin” rəhbəri Aleksandre Onoprişvili ümid edir ki, cari ildə qış kurortlarında vizitorların sayı 400 mini aşacaq və yarım milyona çatacaq.

Aleksandre Onoprişvilinin dediyinə görə, mehmanxanalarda indidən edilən bronlar göstərir ki, bu qış Mestiada çox maraqlı mövsum olacaq.

“Xizək bilənlər artıq Tetnuldinin xizək üçün nə qədər yaxşı olduğunu bilirlər və ehtimalımıza görə, Tetnuldi və Mestiya başda olmaqla, bütün kurortlarda vizitorların sayı yarım milyona çatacaq” – dedi Onoprişvili.

Hatsvali və Tetnuldidə qış mövsumu rəsmi olaraq, dekabrın 17-də açılacaq.

Dekabrın 23-də isə, Koxta-Mitarbi kurortunda yeni kanat yolu açılacaq.