Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası vətəndaşlara mümkün internet fırıldaqçılığı barədə xəbərdarlıq edir
Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası vətəndaşlara mümkün internet fırıldaqçılığı barədə xəbərdarlıq edir

 
Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası vətəndaşlara xəbərdarlıq edir. Qurumun açıqlamasında qeyd olunduğu kimi, son bir neçə gün ərzində vətəndaşlar SMS bildirişdə göstərilən link vasitəsilə kommunal xidmətlər üçün ödənilmiş məbləğin 50%-nin (Cashback) qaytarılması təklifini nəzərdə tutan bildiriş alıblar.

Qurumda bu təklifin internet fırıldaqçılığı ola biləcəyini bildirirlər.

“Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası vətəndaşlara qeyd olunan təklifin internet fırıldaqçılığı ola biləcəyi barədə xəbərdarlıq edir və onları oxşar SMS bildiriş alarkən göstərilən linkdən istifadə etməməyə, abunə və ya şəxsi məlumatlarını daxil etməməyə çağırır. Kommunal xidmət (işıq, təbii qaz, su) şirkətləri ilə hər hansı güzəşt növü ilə bağlı heç bir razılaşma və ya kommunikasiya olmayıb. Faktla bağlı araşdırma aparılır. Mövcud şəraitin öyrənilməsi üçün məlumatlar müvafiq quruma ötürülüb” – deyə məlumatda bildirilir.