Gürcüstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası Türkiyəyə humanitar yardım göndərdi
Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım məqsədilə, Gürcüstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası humanitar yardım göndərdi. Məlumatı Gürcüstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası yayır.
“Gürcüstanın Enerji və Su Təchizatı Tənzimləmə Komissiyası zərər çəkənlərə həmrəyliyini ifadə edir.
Komissiyanın sədri, David Narmaniya dağıdıcı zəlzələdən zərər çəkmiş əhaliyə, türk həmkar idarənin əməkdaşlarına əlavə yardım və dəstək verməyə hazır olduğunu bildirir”, – məlumatda deyilir.