Gürcüstanın enerji sektorunda islahatlara dəstək üçün Almaniya hökuməti 27 milyon avro ayıracaq
Bu gün Gürcüstan və Rekonstruksiya Kredit Bankı (KfW) arasında “Enerji sektorunda islahatları dəstəkləməklə iqtisadiyyatın sabitləşdirilməsi” sazişi imzalandı, hansına da əsasən, Gürcüstana 27 milyon avro büdcəni dəstəkləyən maliyyə vəsaiti ayrılacaq. Bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayır.
Nazirliyin məlumatına görə, sənədi Gürcüstanın Maliyyə naziri Laşa Xutişvili və Rekonstruksiya Kredit Bankının Tbilisi ofisinin direktoru Birgit Holderid Kress imzaladılar.
Tədbirdə Almaniya Federativ Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ernst Peter Fişer iştirak edirdi.
“Razılaşma Gürcüstan hökumətinin enerji sektorunda planlaşdırdığı islahatların dəstəklənməsini nəzərdə tutan, enerji sektorunda islahatların beşinci mərhələsinin həyata keçirilməsini nəzərdə tutur. Bu razılaşma ilə, Gürcüstan hökuməti bərpa olunan enerji, enerji səmərəliliyi və bazar yönümlü elektrik enerjisi potensialını reallaşdırmağa davam edəcək”, – məlumatda deyilir.