Rati Breqadze Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Gürcüstandakı nümayəndəsi ilə görüş keçirib
Rati Breqadze Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Gürcüstandakı nümayəndəsi ilə görüş keçirib

Gürcüstanın ədliyyə naziri Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun Gürcüstandakı nümayəndəsi ilə vida görüşü keçirib.

Rati Breqadze səmərəli əməkdaşlığa görə Qassan Xəlilə təşəkkürünü bildirib və Ədliyyə Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu arasında tərəfdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirib.

Ədliyyə naziri,  UNİCEF-in dəstəyi ilə həyata keçirilən layihələrin, ilk növbədə, uşağın ən yaxşı maraqlarına və onun hüquqlarının müdafiəsinə xidmət etdiyini, Ədliyyə Nazirliyi üçün BMT-nin Uşaq Fondu ilə bu sahədə əməkdaşlığın çox məsuldar olduğunu qeyd edib.

Rati Breqadze əməkdaşlığın bu kimi sahələrinə diqqət yetirdi: yetkinlik yaşına çatmayanların ədliyyə sistemində islahatlar; uşaqlara qarşı şiddətin aradan qaldırılması və onlar üçün nəzərdə tutulan sosial proqramların genişləndirilməsi; yetkinlik yaşına çatmayanların reabilitasiyası-resosializasiyası və cinayətlərin prevensiyası layihələri; vasitəçilik və uzaqlaşdırma proseslərində iştirak edən mütəxəssislərin hazırlanması.

Nazir missiya rəhbərinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məlumatı Gürcüstanın Ədliyyə Nazirliyi yayıb.