Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən casusluq ittihamı ilə saxlanılan şəxs Gulbaat Rtskhiladzedir
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən casusluq ittihamı ilə saxlanılan şəxs Gulbaat Rtskhiladzedir

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) təsdiqləyib ki, casusluq ittihamı ilə saxlanılan şəxs Gulbaat Rtskhiladzedir.

Gulbaat Rtskhiladze “Avrasiya İnstitutu” təşkilatının təsisçisidir.

Eyni zamanda onun adına bir neçə təşkilat da qeydiyyatdan keçib, o cümlədən “Qafqaz Əməkdaşlığı”, “Gürcüstanın Ölümsüz Ordusu” və “Xalq Hərəkatı Gürcü-Rusiya dialoqu və əməkdaşlığı üçün”.

Qeyd olunur ki, DTX-nin bu gün keçirdiyi brifinqdə bildirilmişdi ki, casusluq ittihamı ilə saxlanılan şəxs iki xarici ölkənin xüsusi xidmət orqanlarına məlumat ötürən qeyri-hökumət təşkilatının rəhbəridir.

DTX-nin məlumatına görə, saxlanılan şəxs müxtəlif fəaliyyətlərin təşkili üçün informasiya platformaları yaradıb və ölkə üzrə müxtəlif tədbirlərin keçirilməsini təşkil edib.