Gürcüstanın dövlət sərhəd buraxılış məntəqələrində xüsusi üz tanıma sistemi işə salınıb
2023-cü ilin oktyabrın 1-dən Gürcüstanın dövlət sərhədindən keçərkən sərhəd nəzarətinin effektivliyini artırmaq məqsədilə xüsusi üz tanıma elektron proqram tətbiq edilib. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayır.
Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, sözügedən sistem sərhədçi-nəzarətçilərə məlumatların avtomatlaşdırılmış işlənilməsi vasitəsilə Gürcüstan sərhədini keçərkən axtarışda olan, deportasiya edilmiş, qadağan olunmuş və ya digər qanun pozan şəxsləri dərhal və etibarlı şəkildə müəyyən etməyə imkan verəcək.
“Sözügedən sistemin səmərəli işləməsi dövlət və ictimai təhlükəsizliyin qorunmasına mühüm töhfə verəcək.
Bundan əlavə, xüsusi elektron üz tanıma proqramının fəaliyyəti Gürcüstanın müxtəlif beynəlxalq müqavilələr üzrə öhdəliklərini yerinə yetirməsini, o cümlədən Avropa İttifaqı/Şengen zonası ölkələri ilə vizasız gediş-gəliş prosesinin daha yaxşı idarə olunmasını təmin edir.
Xüsusi üz tanıma proqramları bir sıra Avropa ölkələrində uğurla tətbiq olunur və qeyri-qanuni miqrasiya ilə mübarizənin effektiv vasitəsidir” – məlumatda deyilir.