Gürcüstanın Dəmir Yolu - Dekabrın 24-dən 2 yanvar müddətində sərnişinlərin daşınması bərpa olmayacaq
Gürcüstanın Dəmir Yolu - Dekabrın 24-dən 2 yanvar müddətində sərnişinlərin daşınması bərpa olmayacaq

Gürcüstan Dəmir Yolunun məlumatına görə, dekabrın 24-dən 2 yanvar müddətində sərnişin daşınması bərpa olmayacaq.

Dəmir Yolu şirkətinin bəyanatında deyilir ki, qeyd olunan müddət üçün bilet alanların pulları geri qaytarılacaq.

“Məlum olduğu kimi, koordinasiya şurasının qərarına əsasən, pandemiya ilə mübarizə çərçivəsində, tətbiq olunan məhdudiyyətlərin yüngüləşdirilməsi dəmir yolu xəttlərinə aid olmadı və müvafiq olaraq, qeyd olunan müddətdə sərmişin nəqliyyatı həyata keçirilməyəcək. Həmin müddət üçün bilet alanların pulları isə, geri qaytarılacaq” – deyilir bəyanatda.