Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları UEFA 2024-ün Avropa Çempionatının təhlükəsiz şəkildə keçirilməsində iştirak edirdilər
Almaniya Federativ Respublikasının Federal Daxili İşlər və İctimai İşlər Federal Nazirliyinin və Federal Polisin təşəbbüsü ilə Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları UEFA 2024-ün Avropa Futbol Çempionatında, Gürcüstanın milli komandasının oyunları dövründə iyunun 14-dən iyunun 30-u da daxil olmaqla, çempionat çərçivəsində keçirilən matçların mühafizəsi və təhlükəsizlik tədbirlərində iştirak ediblər.
Məlumatı Daxili İşlər Nazirliyi yayır.
DİN-in verdiyi məlumatda, Gürcüstanın Daxili İşlər Nazirliyinin administrasiyasının iki əməkdaşının Beynəlxalq Polis Əməkdaşlıq Mərkəzində (IPCC EURO2024) fasiləsiz rejimdə çalışdığı deyilir. Həmçinin Tbilisi Polis İdarəsi və Acara Polis İdarəsinin iki-iki əməkdaşı stadionlarda, mobil qrup şəklində Gürcüstanın milli komandasının oyunları zamanı yerli polisin müvafiq bölmələrinə dəstək əməliyyatlarında – Gürcüstanın milli komandasının azarkeşlərinin toplaşdığı yerlər və onların təşkil etdiyi yürüşlərdə iştirak edirdi.
Daxili İşlər Nazirliyinin izahına görə, patrul polis idarəsinin on əməkdaşı gündəlik olaraq müxtəlif şəhərlərin hava limanlarında və dəmiryol vağzallarında gürcü azarkeşlərlə səmərəli ünsiyyətdə və asayişin qorunmasında alman polis zabitlərinə kömək edir.