Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları Batumi şəhərində İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə vətəndaşını saxlayıblar

11:22, 30.05.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə Respublikası vətəndaşını saxlayıblar.

Saxlanılan şəxs Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif cinayətlərə görə İnterpol xətti ilə beynəlxalq axtarışda olub. Hüquq-mühafizə orqanları aparılan istintaq tədbirləri nəticəsində onu Batumi şəhərində saxlayıblar.

Hazırda saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun ekstradisiya prosedurları həyata keçirilir.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Oxşar