Gürcüstanın Biznes Asosiasiyasında fevralın 1-dən iqtisadiyyatın açılmasının zərurətindən söz edirlər
Gürcüstanın Biznes Asosiasiyasında fevralın 1-dən iqtisadiyyatın açılmasının zərurətindən söz edirlər

Gürcüstanın Biznes Asosiasiyasında fevralın 1-dən iqtisadiyyatın açılmasının zərurətindən danışaraq, bəyan edirlər ki, bu məsələ ilə bağlı hərhansı sual işarəsi olmamalıdır.

“Biz, hər bir vətəndaş və hər bir biznes, praktiki olaraq, bütün keçən il boyu COVİD-19 qaydaları ilə yaşadıq və səhiyyə sisteminin tövsiyyələrini  nəzərə aldıq. Başa düşürük ki, requlyasiyalar fevların birindən sonra da davam etməlidir, ancaq hərşeyin lokal və yaxud ümumi bağlanmasına yol verilməməlidir.

Əlbəttə ki, virusun yayılmasının prevensiyası və nəzarət tədbirləri: periodik testlər, tibbi maskanın taxılması, sosiyal məsafə və sairə davam etməlidir, ancaq iqtisadiyyatın açılması və müxtəlif istiqamətlərdə məhdudiyyətlərin qaldırılması qərarı prinsipal və dəyişməz olmalıdır.

Biz sadəcə bu yol ilə iqtisadi böhrandan çıxa bilərik” – deyir Gürcüstanın Biznes Asossiyasiyasının prezidenti Soso Pxakadze.