Gürcüstanın Birinci Kanalının xüsusi seçki formatında debatlarının keçirilməsi ilə bağlı təklifini beş seçki subyekti qəbul etdi.
Mayın 17-də “Maka Tsintsadze ilə aktual mövzu” adlı tokşouda bu namizədlər iştirak edəcəklər:
“Avropa Gürcüstanı – Azadlıq üçün hərəkat”, “Gürcü Arzusu – Demokratik Gürcüstan”, “Azad Gürcüstan” partiyası, “Gürcüstanın vətənpərvərlər alyansı”, “Azadlıq – Zviad Qamsaxurdia yolu”, “Vahid Milli Hərəkat”.
İştirakçıların siyahısı:
Zestafoni:
Anzor Nebieridze – “Gürcüstanın vətənpərvərlər alyansı”
Giorgi Tsulaia – “Azad Gürcüstan” partiyası
Giorgi Qoqliçidze – “Gürcü Arzusu – Demokratik Gürcüstan”
Marneuli:
Əhməd İmamquliyev – “Avropa Gürcüstanı – Azadlıq üçün hərəkat”
Zaur Darğallı – “Gürcü Arzusu – Demokratik Gürcüstan”
Malxaz Qorqaslidze – “Azadlıq – Zviad Qamsaxurdia yolu”
Zuqdidi, Xulo və Çiaturadan isə, sadəcə bir namizədin razı olduğuna görə, debatlar baş tutmayacaq.