Gürcüstanın Birinci Kanalının operatoru İlia Tvaliaşviliyə qarşı zorakılıqda təqsirləndirilən daha bir şəxs 5 il müddətinə azadlıqdan məhrum edildi
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın Birinci Kanalının operatoru İlia Tvaliaşvili və TV Pirveliyə (Miranda Bağaturiya və Lekso Laşkarava) qarşı dəstə zorakılığı ilə bağlı iş üzrə hökm elan edib. Hakim Nino Elieşvili iş üzrə bütün təqsirləndirilən şəxsləri təqsirli bilib və onlara 5 ildən 5 ilə qədər həbs cəzası verib.
Hakim İlia Tvaliaşvili epizodu üzrə təqsirləndirilən Tsotne Çixladzeni zorakılığı nəzərdə tutan 126-cı maddə ilə qəsdən sağlamlığa ağır zərər vurma – 117-ci maddəyə tövsif edib. Hakimin sözlərinə görə, işdə tibbi ekspertizanın rəyi təqdim olunmadığı üçün qərar qəbul edilib.
Eyni zamanda, Davit Kutaladze, Otar Qelaşvili, Qia Qiquaşvili, Tornike Davlaşeridze və Akaki Nakaşidze “TV Pirveli” telekanalının heyətinə qarşı zorakılığa görə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, Gürcüstanın Birinci Kanalının operatoru İlia Tvaliaşvili, Qiorqi Mağradze və Qiorqi Tsaruaşviliyə qarşı fiziki zorakılıqda ittiham olunan daha iki nəfər bu gün məhkəmə tərəfindən təqsirli bilinib. Hakim Konstantin Kopaliani onları 1 il 3 ay müddətinə azadlıqdan məhrum edib.