Gürcüstanın Birinci Kanalına Litva səfiri Andrius Kalindra qonaq oldu
Gürcüstanın Birinci Kanalına Litva səfiri Andrius Kalindra qonaq oldu

Gürcüstanın Birinci Kanalına Litva səfiri Andrius Kalindra qonaq oldu.

Səfir Kanalın baş direktoru Tinatin Berdzenişvili ilə görüşdü və yeni xəbərlərin hazırlandığı mühitlə tanış oldu.

“Ümumiyyətlə İctimai Yayımçın rolu və funksiyası haqqında söhbət etdik. Gürcüstanın Birinci Kanalında Litvada 1991-ci ilin yanvarın 13-də baş verən hadisələrə və litvalılar üçün özəl olan o günə xüsusi proqramlar həsr olunacaq. Həmçinin, bir neçə mədəni tədbirlər keçiriləcək, hansının sponsoru Birinci Kanal olacaq.  Litva Gürcüstanın strateji müttəfiqidir və xalqlar arasında da xüsusi münasibətlər var. Birinci Kanal əlindən gələni edəcək ki, bu münasibətlər mədəniyyət sahəsində daha da dərinləşdirilsin” – dedi Tinatin Berdzenişvili.

Litva səfirinin dediyinə görə, görüş zamanı iki ölkə arasındaki münasibətlər haqqında söhbət edildi.

“Səfir olaraq, mənim funksiyam iki ölkə arasındaki münasibətlərin fasilitatoru olmaqdır. Gürcüstanın İctimai Televiziyası və Litva Səfirliyi arasında əməkdaşlıq olacaq. Mən İctimai Yayımçının xüsusi rolu olduğunu bilirəm. Məncə, tamaşaçılara fərqli fikir çatdıra bildiyi üçün İctimai Yayımçıyı dəstəkləkləməyimiz vacibdir” – dedi Litva səfiri.