Gürcüstanın Birinci Kanalı veteran əməkdaşlarına qızıl giriş kartları verdi
Gürcüstanın Birinci Kanalı veteran əməkdaşlarına qızıl giriş kartları verdi

Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili kanalın veteran əməkdaşlarını mükafatlandırdı.

Birinci Kanalda 40 ildən artıq işləyən altı əməkdaşa təşəkkür və hörmət əlaməti olaraq, simvolik qızıl giriş kartı və hədiyyələr verildi.

Veteran əməkdaşların mükafatlandırılma mərasimi artıq dördüncü ildir davam edir.

Kanalın baş direktorunun dediyinə görə, pandemiya şərtlərində mükafatlandırma mərasimi çox geniş miqyaslı olmadı, ancaq pandemiya əməkdar əməkdaşlarımıza təşəkkür etmək üçün mane ola bilmədi.

Mükafat alan əməkdar efir rejisoru Marine Papava bəyan etdi ki, televiziyada işlədiyi 40 il onun üçün böyük həyat praktikası oldu.