Gürcüstanın Birinci Kanalı TV Pirveli efirində, yayılan yalan məlumatla bağlı bəyanat yayır
Gürcüstanın Birinci Kanalı TV Pirveli efirində, yayılan yalan məlumatla bağlı bəyanat yayır

“Pirveli teleşirkəti tərəfindən yanvarın 5-də, saat 20:00-da, Birinci Kanal ilə bağlı yayılan süjet saxta məlumatlarla hazırlanıb və məqsədi Birinci Kanalın nüfuzuna xələl gətirməkdir.

Söz edilən süjetin müəllifi elementar jurnalist standartlarını qorumadı və dəqiq məlumat təqdim etmədi” – deyilir Birinci Kanalın bəyanatında.

Söhbət Birinci Kanalın yeni il efirində “Meriyanın konsertinin” və müsiqi şounun verilməsindən gedir.

“Gürcüstanın Birinci Kanalının efirində dekabrın 31-də yayımlanan musiqi şou və konsert tamamən Gürcüstanın Birinci Kanalının resursları ilə hazırlanıb.

Süjetdə iştirak edən respodentlərə isə, müraciət edirik ki, məsələyi daha yaxşı öyrənsinlər və yanlış məlumat verməkdən baş qaçırdsınlar” – deyilir Birinci Kanalın bəyanatında.