Gürcüstanın Birinci Kanalı müxtəlif nəsillərdən olan əməkdaşları, jurnalistlər və teleaparıcıları qəbul edib
Gürcüstanın Birinci Kanalı müxtəlif nəsillərdən olan əməkdaşları, jurnalistlər və teleaparıcıları qəbul edib.
“Sadiqliyə görə təşəkkürlər” – bu adda tədbir Gürcüstanın Birinci Kanalının binasının ən qədim, birinci studiyasında baş tutub.
Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvilinin qeyd etdiyi kimi, bu gün televiziyada bir zaman burada işləyən və televiziyanı çox sevən insanlar var.
“Birinci Kanalın 66 yaşı tamam oldu. Bu gün televiziyaya bir zaman burada işləyən, televiziyanı çox sevən insanlar gəlib. Onlar rəmzi olaraq birinci studiyada toplanacaqlar, studiyaya bu adı məhz onlar verib. Düşünürəm ki, bizi çox isti axşam gözləyir. Məqsədimiz 66 illik tarixi birləşdirmək və çox sevdiyimiz, bizimlə işləmiş, işləyən və gələcəkdə də işləməyə davam edəcək insanlara təşəkkür etməkdir” – deyə Tinatin Berdzenişvili açıqlayıb.