Gürcüstanın Beynəlxalq Hava Limanlarında yolçuların axını 25 faizlə artıb
Cari ilin iki ayının göstəricilərinə görə, Gürcüstanın Hava Limanları cəmi olaraq, 625 236 yolçuya xidmət ediblər və bu da keçən ilin analoji dövrü ilə müqayisədə 25 faizlə artıqdır (2018-ci ildə 500 687 yolçu).
Bu barədə məlumatı İqtisadiyyat və Stabil İnkişaf Nazirliyi yayır.
Kutaisi Beynəlxalq Hava limanında 2019-cu ilin fevral ayında yolçuların sayı 47 573 idi və bu say keçən ilin analoji dövrü ilə müqayisədə 112 faizlə artıb.
Artım tendensiyası Batumi limanında da müşahidə olunur. 2019-cu ilin fevral ayında Aleksande Kartveli adına beynəlxalq hava limanından 14 278 ylçu istifadə edib və bu keçən ilin analoji dövründən 87 fazilə artıqdır (2018-ci ilin fevral ayında 7 625 yolmu var idi).
İki ayın göstəricilərinə görə isə, Batumi Hava limanı keçən ilin analoji dövrü ilə müqayisədə 67 faizlə artıb və 30 251 yolçuya xidmət edib.