Gürcüstanın baş naziri Ukraynanın Müdafiyə Naziri ilə görüşdü
Gürcüstanın baş naziri Ukraynanın Müdafiyə Naziri ilə görüşdü

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Ukraynanın Müdafiyə Naziri Andrey Taran ilə görüşdü.

İqtidar administrasiyasının mətbuat xidmətinin məlumatına görə, tərəflər Gürcüstan və Ukrayna arasında strateji partnyorluğun əsas iqsitqamətlərini müzakirə etdilər.

Qeyd olundu ki, regionda sabitliyin və təhlükəsizliyin qorunması üçün Gürcüstanın və Ukraynanın təhlükəsizliyinin və sabitliyinin qorunması vacibdir.

İrakli Ğaribaşvili qeyd etdi ki, iki tərəflli strateji partnyorluq formatının yaradılmasını salamlayır. Onun dediyinə görə, bu yeni mexanizmin Gürcüstan və Ukraynanın iki tərəfli əməkdaşlığına müsbət təsiri olacaq.

Söhbət həmçinin, müdafiyə sahəsində Gürcüstan və Ukrayna əməkdaşlığının əhəmiyətli istiqamətinə – birgə təlimlərə toxundu. Qeyd olundu ki, Gürcüstan və Ukrayna arasında hərbi-texniki sahədə əməkdaşlıq gücləndiriləcək.