Gürcüstanın baş naziri Ukraynalı həmkarı ilə görüşdü
Gürcüstanın baş naziri Ukraynalı həmkarı ilə görüşdü

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Ukraynalı həmkarı Volodimir Qroisman ilə görüşdü.

Gürcüstanın baş naziri Volodimir Qroismana Tbilisi İpək Yolu forumunda iştirak etdiyi üçün təşəkkürünü bildirdi.

“Hörmətli baş nazir, sizin Gürcüstana ilk rəsmi səfərinizi salamlayıram və forumda iştirak etdyiniz üçün təşəkkürümü bildirirəm. Ukrayna prezidentinin Gürcüstana müvəffəqiyyətli səfərini də qeyd etmək istəyirəm. Həmçinin, Gürcüstan və Ukrayna arasındaki əlaqələrin son zamanlarda artan dinamikasını da vurğulamak istəyirəm. Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən Ukrayna iqtidarına təşəkkür edirəm. Əziz dotum Volodimir, sizi Gürcüstanda salamlayıram” – dedi Giorgi Kvirikaşvili.

İki ölkə arasındaki dostluq əlaqələrinin dinamikası haqqında Volodimir Qroisman da danışdı.

“Əminəm ki, bugünki səfər ölkələrimiz arasındaki münasibətlərin daha da dərinləşdirilməsinə səbəb olacaq. Eyni şəkildə, mən də, Ukraynanın ərazi bütövlüyünü və suverenliyinin dəstəkləyən Gürcüstana da təşəkkür edirəm” – dedi Ukraynanın baş naziri.