Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili bu gün rəsmi səfərlə Azərbaycan Respublikasına gedəcək
Bakının Heydər Əliyev adına beynəlxalq aeroportunda rəsmi qarşılama mərasimi keçiriləcək.
Kvirikaşvilini Zaqulba Sarayında prezident İlham Əliyev qəbul edəcək.
Gürcüstanın baş naziri azərbaycanlı həmkarı, Artur Rasizadə ilə görüşəcək. Bundan sonra hər iki ölkənin hökumət nümayəndələrinin iştirakı ilə, genişləndirilmiş formatlı görüş keçiriləcək.
Gürcüstanın baş nazirinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinə, baş nazirin birinci müavini, İqtisadiyyat və Davamlı İnkişaf naziri Dimitri Kumsuşvili, baş nazir müavini, Xarici İşlər naziri Mixeil Canelidze, Maliyyə naziri Mamuka Baxtadze, parlamentin vitse-spikeri, Azərbaycanla dostluq parlament qrupunun sədri Zviad Ziziquri və xarici əlaqələr məsələləri üzrı baş nazirin məsləhətçisi, Tedo Caparidze daxildilər.
Məlumatı Gürcüstan hökuməti administrasiyası yayır.