Gürcüstanın baş naziri rəsmi səfərlə Azərbaycana gedəcək
Gürcüstanın baş naziri rəsmi səfərlə Azərbaycana gedəcək

Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili martın 12-də rəsmi səfərlə Azərbaycana gedəcək. Bakının Heydər Əliyev adına beynəlxalq aeroportunda rəsmi qarşılama mərasimi keçiriləcək.

Kvirikaşvilini Zaqulba sarayında prezident İlham Əliyev qəbul edəcək. Gürcüstanın baş naziri azərbaycanlı həmkarı, Artur Rasizadə ilə görüşəcək. Bundan sonra genişləndirilmiş görüş keçiriləcək.