Gürcüstanın baş naziri Pensiya Fondunun İnvestisiya Şurasının üzvləri ilə görüşüb
Gürcüstanın baş naziri Pensiya Fondunun İnvestisiya Şurasının üzvləri ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Pensiya Fondunun İnvestisiya Şurasının üzvləri ilə görüşüb.

Baş nazirin mətbuat xidmətinin verdiyi məlumata görə, Hökumət Administrasiyasında keçirilən görüşdə Pensiya Fondunun Gürcüstan iqtisadiyyatının inkişafındakı rolundan danışılıb və bu baxımdan uzunmüddətli investisiya mənbələrinin vacibliyi vurğulanıb. Pensiya fondundan danışarkən, ötən dövrün nəticələri və gələcək planlara da toxunulub.

Şura üzvləri qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təşəbbüslər təqdim ediblər. Bildirilib ki, gələcəkdə fondun investisiya fəaliyyətinin daha effektiv olması üçün bu istiqamətdə Gürcüstan hökuməti ilə aktiv şəkildə iş aparılır. Yığım Pensiyası ilə bağlı qanuna əsasən, agentliyin investisiya fəaliyyəti hazırda yalnız aşağı riskli portfelləri əhatə edir.

Pensiya Fondu ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Konkret olaraq desək, ölkədə uzunmüddətli investisiya layihələrinin həyata keçirilməsi üçün vacib olan uzunmüddətli lari investisiya kapitalı yaranır; İnvestisiya kapitalı iqtisadiyyata əsasən kapital bazarı vasitəsilə çatdırılır ki, bu da kapital bazarının inkişafına kömək edir; Gürcü iqtisadiyyatında əmanətlərin səviyyəsi əhəmiyyətli dərəcədə artır və bu da öz növbəsində kreditlər üzrə bazar faiz dərəcəsini tarazlaşdırmağa kömək edir. Hazırda 1,1 milyona qədər insan yığım pensiyası sxeminin üzvüdür.

Aktivin ümumi dəyəri 2,17 milyard laridir ki, bu göstəricidən də investisiya fəaliyyəti nəticəsində köçürülmüş faiz 309 milyon laridir. Cari illik effektiv qazanc 11,6%-dir, fondun fəaliyyətə başladığı gündən qazanc 34% təşkil edir.

Görüşdə Pensiya Fondunun İnvestisiya Şurasının sədri Olivyer Russo, şuranın sədr müavini Jan-Frederik Paulsen, şuranın üzvləri Maykl Riddl və Timo Viherkenta, Gürcüstan tərəfindən vitse baş-nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Hökumət Administrasiyasının rəhbəri İlia Darçiaşvili, maliyyə naziri Laşa Xutsişvili və Pensiya Agentliyinin direktoru Qiorqi Danelia iştirak edib.

Məlumatı baş nazirin mətbuat xidməti yayır.